"Şuşa" adlı sərgi keçirilib.

12.07.2023 / Sərgilər
"Şuşa" adlı sərgi keçirilib.
19 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyilə Muzey Mərkəzinin Sərgi qalereyasında mədəniyyətimizin beşiyi Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı sərgi keçirilib.
Sərgi qədim Qarabağın, Şuşa şəhərinin keçmişini və bugününü geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzər yetirmək imkanı yaratmaq məqsədilə təşkil olunub.
Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunan əsərlərlə yanaşı, ümumilikdə 40-dan çox rəssamın müxtəlif üslubda işlədiyi 60-a yaxın rəngkarlıq, qrafika və dekorativ tətbidi sənət nümunələri nümayiş olunub.
Tədbirin açılışında çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Gülşən Qəribli, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev sərginin əhəmiyyətindən bəhs ediblər. Rəssamların hər zaman Şuşa mövzusunda böyük həvəslə işlədikləri qeyd olunub.   
Tədbir musiqili buraxılış ilə davam edib. Sərginin ekspozisiyası qonaqlar tərəfindən maraqla qarşılanıb.