“AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI-3

12.07.2023 /
“AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI-3

“AZƏRBAYCANIM” VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin may ayının 13-ə olan üçüncüsü –növbəti hissəsi açıldı. Nəzərinizə çatdıraq ki,mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir və bu günkü yekun sərgilərin üçüncü günündə 250-ə yaxın uşaqın əsəri sərgiləndi. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olundular. Nəzərinizə çatdıraq ki,sərgilənən əsərlərin arasından İV “AZƏRBAYCANIM” RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI üçün hər yaş kateqoriyasından 10 əsər seçiləcək və həmin 30 uşaq festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq. Tədbirin dəstəkçisi Hollandiyanın boya markasıolan“Royal&Talens”in Artcreation brendidir.