"XƏYALLARIMIZDA QALAN NAĞILLAR” adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri açıldı.

19.12.2023 /
"XƏYALLARIMIZDA  QALAN    NAĞILLAR”    adlı respublika  uşaq yaradıcılıq müsabiqəsinin yekun  sərgiləri açıldı.


  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli- mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılmasına xidmət məqsədi ilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsinin yekun sərgiləri
19 ,20,21,22 dekabr  2023-cü  il   tarixlərində növbəli şəkildə  Xətai Sənət Mərkəzində açıldı.
Sərgilərdə Azərbaycan Rəssamlar İttifaqının sədr  mavini Ağəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov ,  Xətai Rayon İcra Hakimiyyəti  İctimai-siyasi və humanitar məsələlər şöbəsi  Turan Cəfərova, Azərbaycan Dövlət Rəsm Qalereyası sərgi və ekspozisiyalar şöbəsinin müdüri Elçin Hüseyn , Azərbəycan  Rəssamlıq Akademiyasının  dosenti  Mənsur Cəfərov,rəssam  Akif Yarışov, 2 saylı İncəsənət  Məktəbinin müəllimi İlham İsmayılov, rəssam  Gündüz Həbibov öz ürək sözlərini  sərgi iştirakçıları ilə bölüşdülər.
Tədbirdə həmçinin yazıçı İlhamə Kədər  qələmə  aldığı   “Ay-ulduz”    nağıl  kitabından  hər sərgidə  bir neçəsini sərgi iştirakçılarına təqdim etdi .
Nəzərinizə çatdıraq ki,mövzusu nağıl personajları və nağıl səhnələri olan müsabiqəyə respublikamızın müxtəlif  guşələrindən 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan 1500-ə qədər uşaq və yeniyetmə 1800-dən çox əsər göndərmiş  və 600-dən bir qədər çox əsər sərgiləndi.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)təşəkkürnamə ilə təltif olundular.
Tədbirin uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli - mənəvi sərvətimizdən olan nağıllarımızın unudulmamasına və yaşamasına xidmət edəcəyinə inanırıq.