“AZƏRBAYCANIM” BEYNƏLXALQ VII UŞAQ VƏ GƏNC RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqəsinin yekun sərgiləri keçirilib.

27.05.2024 /
“AZƏRBAYCANIM”  BEYNƏLXALQ VII UŞAQ VƏ GƏNC RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqəsinin yekun sərgiləri keçirilib.

28 may-Azərbaycanın Respublika gününə həsr olunmuş “AZƏRBAYCANIM” Beynəlxalq VII Uşaq və Gənc Rəsm  Festival çərçivəsində elan olunmuş müsabiqənin sərgisi keçirilib.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və  Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti, Xətai  Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə baş tutub.  

Akvarel texnikasında mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaş arası Azərbaycan gəncləri ilə yanaşı,-Türkiyə,İran, Peru,Litva,Gürcüstan,Yaponiya,Vyetnam, Hindistan vətəndaşı qatılmışdır və bu sərgilərdə ümumilikdə 800-ə yaxın əsər sərgilənib.