sa sa 1136
Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib Fev 03, 2017 | 14:02 / Konfranslar, İclaslar

anvarın 31 –də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirilib.

Konsert proqramından əvvəl tamaşaçılar Heydər Əliyev sarayının foyesində Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi rəsm sərgisi ilə tanış oldular.

Bəstəkarın əsərlərindən ibarət “Könül nəğmələri” adlı konsertdə Xalq artistləri Samir Cəfərov, Brilliant Dadaşova, Ənvər Sadıqov, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev,  Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Fuad Musayev, Emiliya Yaqubova və “Sevil” vokal qrupu iştirak ediblər.

Anşlaqla keçən konsertdə müğənniləri, Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşaiyət edib.Click to enlarge image p1b81glup71niq1u36g77v29pbc6.jpgClick to enlarge image p1b81glup71tmukkk1t8n1kk61kja7.jpgClick to enlarge image p1b81glup775a1h57qd3100a1g8l8.jpgClick to enlarge image p1b81glup782e921gjat0sli45.JPG

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook