ELANLAR

2964

Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqənin yekun sərgisi keçiriləcəkdir.

18.01.2018
Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqənin yekun sərgisi  keçiriləcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi,  Xətai  Rayon İcra Hakimiyyəti, Azərbaycan  Rəssamlar İttifaqı, Azərbaycan Dövlət  Rəsm Qalereyası və Xətai Sənət  Mərkəzinin təşkilatçılığı ilə “Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur.

Müsabiqənin yekun sərgisi 18 yanvar 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

15 yaşa  qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd azadlıq  mübarizəsinin parlaq səhifələrindən  olan  1990-cı  il 20  yanvar  hadisələrini,  xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, bayraq və azadlıq eşqini bir daha  xatırlamaq, gələcək  nəsillərə  ötürməkdən ibarətdir.

Müsabiqəyə 300-ə yaxın uşaq, 400-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 110 uşağın, 120-yə yaxın işinin nümayişi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan 20 yanvar faciəsinə həsr olunmuş Faiq Əhmədovun “1990-cı il” adlı rəngkarlıq əsərinin təqdimatının keçirlməsi nəzərdə tutulur.

Müsabiqədə Xətai, Lənkəran, Xırdalan, Abşeron, Balaxanı, Sumqayıt, Sabunçu,Qax, Pirallahı, Maştağa, Gəncə, Goranboy bölgələrin məktəbliləri, o cümlədən, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, Maştağa Mədəniyyət Mərkəzi Rəsm kursu, Elif tədris mərkəzi, Əsra Tədris Mərkəzi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Goranboy şəhər Uşaq İncəsənət Məktəbi, NigArt studiya və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.