Ana səhifəHeykəltəraşlıq sa sa

Heykəltəraşlıq - təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.

Heykəltəraşlıq əsasən 2 növə ayrılır:

  • həcmli və ya dayirəvi
  • relyef (barelyef,qorelyef)

Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır.

Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər,  əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.),  gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digərləri. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da heykəl hazırlanır.

Heykəltəraşlıq sənətinin ən qədim dövrlərdən bəri üç sahəsi məlumdur: monumental, dekorativ və dəzgah heykəltəraşlığı.

Monumental heykəltəraşlıq əsərləri əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda və bəzən isə ictimai binaların daxilində qoyulur. İri şəhərlərin meydanlarında mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm heykəltəraşlıq abidələri yüksəlir.

Sərgilərdə nümayiş etdirilən 3 ölçülü heykəllər dəzgah heykəltəraşlığı nümunələri sayılır.

Heykəltəraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da bu qəbildən saymaq olar. . Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahlar sarayını, "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar.

Azərbaycanın professional heykəltəraşlığı XX əsrin əvvəlində formalaşaraq inkişaf etmişdir.Daha dəqiq, milli heykəltəraşlığımızın əsas inkişafı 1930-1940-cı illərə təsadüf edir. Cəlal Qaryağdı , Fuad Əbdülrəhmanova, Pyotr Sabsay, Mirəli Mirqasımov , Tokay Məmmədov, Ömər Eldarovun adı ilən bağlı olmuşdur.

Fuad Əbdülrəhmanov hələ otuzuncu illərdə yaratdığı obarazlarda monumental formalara üstünlük verirdi.Firdovsinin Şahnamə poemasındakısurətlərdən biri “Ox atan gənc” fiquru buna gözəl nümünə ola bilər.Fuad Əbdülrəhmanovun “Nizami” abidəsi xüsusilə diqqət çəkəndir.

Cəlal Qaryağdının yaradıcılığında “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad dağı yarır” qorelyefini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan monumental heykəltəraşlığının sonrakı inkişafı 1950-1960-cı illərə təsadüf edir. Bu dövr heykəltəraşlar arasında T.Məmmədov , Ö.Eldarov , M.Mirqsımovla yanaşı E.Hüseynova, E.Şamilov və başqalarının adını qeyd etmək olar.

T.Məmmədovun Ö.Eldarovla birlikdə 1963-cü ildə işlədiyi Məhəmməd Füzulinin abidəsi Azərbaycan heykəltəraşlığının böyük nailiyyəti sayılır. Bu illərdə yaradılmış maraqlı monumentl heykəltəraşlıq sənətinin nümünələri sırasına  İ.Zeynalovun “Şah İsmayıl Xətayi” , A.Əsgərovun “Akademik Y.Məmmədəliyev” abidələrini aid etmək olar.

Azərbaycan heykəltəraşları monumental janrla yanşı, portret janrı sahəsində də yüksək nailiyyətlər əldə etmişlər.Ö.Eldarovun , T.Məmmədovun , M.Mirqasımovun , F.Nəcəfovun, A.Əsgərovun bu sahədə adını qeyd etmək olar. Ö.Eldarovun ağacdan yonulmuş “Səttar Bəhlulzadə”,“Şairə Natəvan”, T.Məmmədovun “Nizami Gəncəvi” , “Səməd Vurğun” portretləri  nümünə göstərmək olar .

Azərbaycan heykəltəraşları 1970-1990-cı illərdə müxtəlif materiallardan düzəldilmiş kiçik  plastika sahəsində xeyli nailiyyətlər əldə etmişlər. Bu janrda yaradılmış əsərlər üzərində  A.Əsgərova , N.Əliyev , N.Dadaşov, X.Əhmədov çox fəal yaradıcılıq işləri aparmışlar.

Müasir dövr Azərbaycan heykəltaraşlığı XX əsr heykəltaraşlıq ənənlələrindən  bəhrələnərək yeni formalar axtarışındadır.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook