sa sa 76
Gəncədə yaşayan rəssamlarla onlayn görüş keçirilib Gəncədə yaşayan rəssamlarla onlayn görüş keçirilib Fev 19, 2021 | 16:02 / Görüşlər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə  bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın  genişləndirilməsi məqsədi ilə start verilən layihə çərçivəsində 18 fevral tarixində Gəncə şəhərində yaşayan rəssamlarla “Zoom” proqramı vasitəsilə onlayn görüş keçirilib.

Rəssamların muzey və qalereyalar arasında əməkdaşlığın sıxlaşdırılması, regionda rəssamlığın keyfiyyətinin artırılması və istedadlı insanların sərgilərdə fəallığını təmin etmək məqsədi ilə keçirilən görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə baş tutub.  

İkitərəfli dialoq şəklində keçən görüşdə Gəncə şəhərində yaşayan rəssamlar qarşılaşdığı problem və təklifləri bildiriblər.

Rəssamlıq sənətinin inkişafını stimullaşdıracaq bir çox məsələlər haqqında qarşılıqlı əlaqələrin yaradılması üçün fikir mübadiləsi və müzakirələr  aparılıb.

Xatırladaq ki, rəssamların əlaqələr şəbəkəsinin eyni platforma üzərində qurulmasını, onların problem və təkliflərinin dinlənməsini təmin edən layihə Respublikanın müxtəlif bölgələrində yaşayan rəssamları əhatə edir.   

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook