ELANLAR

1720

“AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaq

14.04.2021
“AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bravo marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 23-29 may tarixlərində “AXIN” rəssamlara dəstək yarmarkası təşkil olunacaqdır.

Satış festival-yarmarkası rəssamlara dəstək məqsədilə Koroğlu m/s yaxınlığında yerləşən Bravo hipermarketdə keçirilməsi nəzərdə tutulur. Yarmarkada Azərbaycan Dövlət Rəsm Qalereyasının “AXIN” qrupunun rəssamlarının kiçik ölçülü rəngkarlıq, heykəltəraşlıq və dts nümunələrinin  satışı ilə yanaşı, müxtəlif əyləncəli və öyrədici təsviri sənət mövzulu aksiyalar da (canlı naturadan karikatura və portret çəkilişi, ebru sənəti üzrə ustad dərslər, müxtəlif vorkşoplar və.s) keçiriləcəkdir.

Yarmarkada iştirak etmək istəyən rəssamların diqqətinə:

Yarmarkaya göndərilən işlərin maksimal ölçüsü 30x40 santimetrə qədər olmalıdır.

Xahiş edirik əsərlərinizin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri, icra texnikası, qiyməti, “AXIN” kart nömrənizi və "AXIN-rəssamlara dəstək yarmarkası" başlığını qeyd etməklə [email protected] elektron-poçt ünvanımıza göndərməyiniz xahiş olunur.

Əsərlərin qəbulu 2021-ci il 20 may tarixinədək aparılacaqdır.

Əlavə məlumat üçün  Elçin Hüseyn 077 717 33 37