ELANLAR

1306

“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plener keçiriləcək.

19.05.2021
“Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plener keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  2021-ci il  25-27 may tarixlərində saat 11:00-da “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində plener keçiriləcək.

Xatırladaq ki, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan festival rəssamlıq istedadına malik olan uşaqlar, yeniyetmə və gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibəti formalaşdırmaq və ona yanaşma tərzini təkmilləşdirmək, doğma Vətənə məhəbbət hisslərini artırmaq, həmçinin rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədilə keçirilir.

Müsabiqədə seçilən 3 yaş kateqoriyası üzrə ən yaxşı 30 əsərin müəllifi festival çərçivəsində keçiriləcək plenerdə iştrak edəcək.  

Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Plener Xətai Sənət Mərkəzinin qarşısında keçirilməsi nəzərdə tutulur.