ELANLAR

1449

“AZƏRBAYCANIM” BEYNƏLXALQ VII UŞAQ VƏ GƏNC RƏSM FESTİVALI

15.03.2024
“AZƏRBAYCANIM” BEYNƏLXALQ VII UŞAQ VƏ GƏNC RƏSM FESTİVALI

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan Nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə 28 may -Azərbaycanın Respublika gününə həsr olunmuş  uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və akvarel texnikası ilə çəkilmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə “AZƏRBAYCANIM” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalına start verilir və festival çərçivəsində müsabiqə elan olunur.

8-21 yaş arası Azərbaycan  xarici ölkə vətəndaşları olan uşaq, yeniyetmə və gənclər iştirak üçün 2024-cü il aprel ayının 10-dək iştirakçı anketini tamamlayaraq [email protected]  elektron ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər:

 

  1. Əsərin fotosu: ___________           4.  Təvəllüd:         ___________   
  2. Əsərin adı:  ___________           5. Ölkə, şəhər:      ___________
  3. Müəllifin soyadı, adı: ___________           6. Əlaqə:               ___________   
  • Mövzu: Güllər.
  • Texnika: 100 % Akvarel.
  • Ölçü: 30x40 sm qədər.
  • Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır.
  • Hər bir iştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin seçimlərdən sonra hər bir müəllifin yalnız1 əsəri dəvət olunacaq.
  • Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük veriləcək.
  • Seçimlər əvvəlcədən elan olunmuş münsiflər heyyəti tərəfindən aparılacaq.
  • Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq 8-12, 13-16, 17-21 yaş arası.
  • Sərgilənməmiş - yeni əsərlər görmək istərdik!
  • İlkin seçimlər onlayn olaraq aparılacaq.
  • 20 apreldə ilk turu keçmiş əsərlər və müəlliflərininsiyahısı elan ediləcək.
  • Seçilmiş əsərlər 10 may 2024-cü il tarixinə qədər ünvana çatdırılmalıdı
  • Hər yaş kateqoriyası üçün ayrıca sərgi keçiriləcək.
  • Sərgnin onlayn kataloqu hazırlanacaq.
  • Xarici ölkə vətəndaşlarının əsərləri tərəfimizdən çərçivələnib sərgilənəcək və bu əsərlər iştirakçının öz hesabına geri göndərilə bilər .
  • Əsəri sərgilənən iştirakçılara sertifikat təqdim olunacaq.
  • Hər yaş qrupu üzrə sərgidən ən yaxşı 10 əsərin müəllifi festivala dəvət alacaq.
  • Festival iştirakçıları  hər yaş qrupu üzrə ayrıca olaraq mükafat, diplom və hədiyyələrlə mükafatlandırılacaq.
  • Müsabiqə və festivalda iştirak ödənişsizdir.
  • Əsəri seçilən xarici ölkə vətəndaşı öz hesabına sərgilərdə və festivaldaiştirak edə bilər.
  • Əlavə suallar üçün: 051-310-74-01 tel|whatsapp
  • Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi: Azərbaycan  Respublikası, Bakı şəhəri, Xocalı pr. 62,AZ1025.

Tel: (+994) 12 490 84 51/52/53

Mətbuat dəstəkçiləri: Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı.

Art dəstək: Royal&Talens Artcreation.